Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb

img

03-03-2026 [10:43]


Türkiyə ordusunda gizli təşkilatlandığı iddia olunan FETÖ-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Quru Qoşunları Komandanlığında baş tutan əməliyyata Ankara Baş Prokurorluğu rəhbərlik edib.

Prokurorluqdan bildirilib ki, əməliyyatla 22 nəfər tutulub: "Əməliyyatla müəyyən olunub ki, qondarma təşkilat üzvləri  Ankaradakı kiçik dükanlar, baqqalllar və bazarlardakı ümumi telefonlarla bir-birləri ilə təmas halında olublar. Beləliklə, şəxsiyyəti aydınlaşdırılan 5 yüksək rütbəli hərbçi,  5 gizir, 2 keçmiş hərbçi, 9 təqaüddə olan keçmiş yüksək rütbəli hərbçi, bir dövlət qulluqçusu da daxil olmaqla 22 nəfər haqqında həbs qətimkan tədbiri seçilib".

Məlumatda deyilir ki, 3 nəfər isə axtarışa verilib.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA