Sahibkarın obyektini kimlər əlindən almaq istəyir? - Sərdar Qafarov ölkə rəhbərliyindən kömək istəyir
17-09-2020 [14:12]
Fərdi sahibkar üç ilə yaxın məhkəmə instansiyalarında 20 illik halal zəhməti ilə tikdiyi və bu gün də fəaliyyət göstərdiyi təmir sexinin əlindən alınmaması ugrunda mübarizə aparır.
Mia.az xəbər verir ki, Unikal.org-a müraciət edən Qafarov Sərdar Qafar oğlu hüquqlarının pozulduğunu iddia edərək, Suraxanı rayonunda yerləşən və ona məxsus olan obyektin qohumları tərəfindən qısqanclıq zəmnində və onun maddi, mənəvi gucsüzlüyündən istifadə edərək əlindən alınmağa çalışıldığını bildirib:
“1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq Zavodunun yaxınlığında İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi almışam. Həmin ərəfədə qohumum da torpaq sahəsinin yaxınlığındakı 6 kv. metrlik sahəni və üzərindəki köşkü alıb. 20 il keçdikdən sonra mənim 100 kv. metrlik ərazidə tikdiyi avtomobil sexinin gəlir gətirdiyini görən qohumlarım əvvəlcə obyektin onlara satılmasını dəfələrlə tələb etdikdən sonra mənim razılaşmadığımı gördükdə isə onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət etdilər. Lakin təqdim etdikləri sənəddə dəqiq ünvan və torpağın ərazisi göstərilməyib. Sadəcə ərazinin Balıq Zavodunun yaxınlığında olduğu qeyd edilib.
Mənim obyektim ilə zavod arasında 40 metrdən çox məsafə, eləcə də zavodun dörd tərəfində bir çox boş ərazi olub. Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən də verilmiş bir sıra sorğularda da qeyd edilib ki, kioskun və onun yerləşdiyi ərazinin yerini müəyyən etmək mümkün deyil. Bundan başqa obyektin kommunal xidmətləri hamısı mənim atamın adınadır və 20 ildir xidmətlərdən istifadəyə görə ödəniş edirik. Bununla belə Suraxanı rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ekspertiza aparmadan, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq ərazinin mənim qohumlarıma məxsus olduğuna dair qərar çıxarıb.
Fərdi sahibkar kimi qərarlarla razılaşmadığım üçün Ali Məhkəməyə müraciət etdim. Ali Məhkəmə isə işə düzgün baxılmadığını, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı təqdim etdiyi sübutların mötəbər olmadığını, apellyasiya məhkəməsi tərəfindən mübahisəli obyektə baxış keçirilmədiyini, şahid ifadələrinə müraciət edilmədiyini və digər səbəbləri əsas gətirərək apellyasiya məhkəməsinin qərarını ləğv etmiş və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytardı.
Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən qəbul edilən 14 noyabr 2019-cu il tarixli, 2(103)10288/2019 saylı qətnamə ilə nəinki Ali Məhkəmənin göstərişlərinə formal əməl edilmiş, yalançı şahidlərin ifadələrinə qiymət verilmiş, bununla bağlı təqdim edilən subutlar qiymətləndirilməmiş, obyektə formal baxış keçirilmiş, həmçinin, absurd nəticəyə gələrək mübahisəli obyekti iddiaçı ilə cavabdeh arasında qardaş malı kimi ikiyə bölmüşdür. İddiaçını narazı salmamaq üçün sahibkara aid obyektin bir hissəsini iddiaçıya verilməsinə qərar verdi.
Sahibkar olaraq üç ilə yaxındır məhkəmələrdə sürünməyimə baxmayaraq bir daha Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət verdim və yaxın günlərdə Ali Məhkəmənin hakimi Əhməd Əhmədov tərəfindən bu işə baxılacaqdır.
Mən ölkə başçısı cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, eləcə də işə baxan hakim Elşanə Vəliyevaya təşəkkür edirəm. Belə ki, Ali Məhkəmənin ədalətli mövqeyi olmasa idi mən artıq hüquqlarımı itirmişdim. Qeyd edim ki, 22 sentyabr tarixində təkrar Ali Məhkəmədə baş tutuacaq iclasda da işə obyektiv baxılacağına ümid edirəm.İnanıram ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyevin qərəzli və hüquqa zidd qərarı ləğv ediləcək.
Xüsusi vurğulamaq istəyirəm ki, bu cür hallar insanın iş fəaliyyətindən ayırır, mənfi təsir göstərir. Mən bir sahibkar kimi çoxlu stress və həyəcan yaşayıram, həmçinin üç ilə yaxındır kı fəliyyətimi davam etdirə bilmirəm. Mütəmadi olaraq iddiaçı və onun qoçuları tərəfində sıxışdırılır, obyektimin əlimdən alınacağı təhdidləri ilə yaşayıram. 20 ildir işlətdiyim, evimə qazanc apardığım iş yerimi ədalətsizlik ucbatından itirmək təhlükəsi ilə üz-üzəyəm.
Ölkə başçısı cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda sübut olmadan dəlil olmadan, 20 ildir işlətdiyim, çörək yerim olan obyektimi əlimdən alırlar. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq.”
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub