“Facebook”dan istifadə şərtləri ilə bağlı - Xəbərdarlıq

img

02-09-2020 [23:23]


“Facebook” istifadə şərtlərində yenilik edib.

Bu barədə şirkət tərəfindən istifadəçilərə bildirişlər göndərilib.

Xəbərdarlıqda bildirilib ki, 1 oktyabr 2020-ci il tarixindən etibarən istifadəçilərin paylaşımları hüquqi və məhkəmə riskləri daşıdığı təqdirdə həmin paylaşımlar qurum tərəfindən bloklana və ya silinə bilər.

“Facebook”un bu addımı qarşıdan gələn ABŞ Prezident seçkilərində yalan informasiyanın yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq atdığı güman edilir.(qafqazinfo.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA