Azay Quliyev ATƏT PA rəhbərliyinin toplantısında: “Niyə həmsədrlər indiyə kimi problemin həllini təmin edə bilməyiblər?"
02-09-2020 [21:15]
Bu gün ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin (Büro) qeyri-formal onlayn görüşü keçirilib.
Mia.az-ın xəbərinə görə, görüş çərçivəsində ATƏT PA-nın fəaliyyətinin bir sıra istiqamətləri üzrə geniş müzakirələr aparılıb.
Onlayn görüşdə ATƏT PA-nın prezidenti Georgi Tseretelinin ATƏT regionunda baş verən hadisələrlə bağlı hesabatı dinlənilib.
Qurumun Baş katibi Roberto Montella isə ATƏT strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına ATƏT PA-nın verə biləcəyi töhfələr və Assambleyanın cari ilin dekabr ayınadək görəcəyi işlər barədə məlumat verib.
ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib.
Azay Quliyev Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi Tovuz təxribatı, Livan ermənilərini işğal olunmuş ərazilərimizə qanunsuz köçürməsi və Rusiya Federasiyasının Ermənistanı silahlandırması faktlarını qeyd edərək bu cür halların beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyət təşkil etdiyini Büro üzvlərinin nəzərinə çatdırıb.
Azay Quliyev deyib ki, Baş katib Montellanın “Lazar əməliyyatı” barədə təşəbbüsü ATƏT PA-nın illər ərzində topladığı və irəli sürdüyü bütün fikir və təkliflərin sistemləşdirilməsi, ATƏT-in fəaliyyətinin gücləndirilməsi və səmərəliyinin təmin edilməsi istiqamətində müəyyən nəticələrin əldə olunmasına yardım edə bilər.
ATƏT PA-nın vitse-prezidenti ATƏT-in fəaliyyətinin ilk istiqaməti olan təhlükəsizlik məsələləri ilə bağlı atılması lazım olan addımlar barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb: “Birincisi, bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında 2005-ci ildə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə fakt-araşdırıcı missiya göndərilib. Missiyanın yekun hesabatında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində insanları qanunsuz məskunlaşdırması da daxil olmaqla bir sıra beynəlxalq hüquq pozuntuları əksini tapıb.
Təəssüf ki, missiyanın hesabatında göstərilən məsələlərin heç birinin həllinə dair ATƏT-in Minsk Qrupu tərəfindən konkret addım atılmamışdır ki, bu da həmsədrlərin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə ən qısa zamanda nail olunmasında maraqlı olmadığını göstərir.
Ermənistan Yaxın Şərqdən ermənilərin işğal altında saxladığı Azırbaycan ərazilərinə qeyri-qanuni köçürülməsi prosesini davam etdirməkdədir. Hazırda Ermənistan Beyrutdakı son partlayışdan sui-istifadə edərək işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz məskunlaşdırılması prosesini həyata keçirir.
Bununla bağlı mən prezident Tsereteliyə məktub ünvanlamışam və ümid edirəm ki, ATƏT PA və digər beynəlxalq təşkilatlar Ermənistanın Cenevrə Konvensiyaları və Roma Statutu da daxil olmaqla bir sıra beynəlxalq sənədlərə zidd olan bu cür qanunsuz addımlarını pisləyəcəklər. Ermənilərin “repatriasiya” və “humanitar yardım” adı altında Dağlıq Qarabağda qanunsuz məskunlaşması Ermənistanın ilhaq siyasətinin bir hissəsidir”.
Azay Quliyev bildirib ki, ikinci məsələ ATƏT PA ilə Minsk Qrupu arasında hər hansı real əməkdaşlıq əlaqələrinin olmamasıdır. Bəzi naməlum səbəblərdən həmsədrlər, bir neçə dəfə səsləndirdiyimiz təkliflərimizə və dəvətimizə baxmayaraq Minsk Qrupunun fəaliyyəti barədə hələ də hesabat təqdim etməyiblər: “Mövcud vəziyyət onu göstərir ki, ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin hamısı vahid məqsədə nail olunmasına – Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq deyillər. Tam əksinə, həmsədrlərdən biri olan Rusiya Federasiyasının Ermənistanı silahlandırması narahtlıq yaradan bir fakt olmaqla yanaşı, həm də Rusiyanın Minsk Qrupundakı vasitəçilik mandatı, eləcə də silah nəzarəti və regional təhlükəsizliyə dair bir sıra beynəlxalq sənədlərdə əksini tapmış öhdəliklərlə ziddiyyət təşkil edir.
Cəzasızlıq mühiti və Ermənistanın qanunsuz fəaliyyətlərinə adekvat reaksiyanın verilməməsi Ermənistana vəziyyəti gərginləşdirməyə əlverişli şərait yaradır. Buna nümunə olaraq Ermənistanın 12-16 iyul 2020-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycanın Tovuz bölgəsindəki hərbi və mülki obyektlərimizi atəşə tutaraq təxribat xarakterli hücumlarını göstərə bilərəm. Bu təxribatın nəticəsində hərbçilər və mülki şəxslər, o cümlədən 76 yaşlı Tovuz sakini həlak olub. Ermənistanın hücumları bu bölgədə yerləşən neft-qaz boru kəmərləri və digər strateji iqtisadi infrastrukturlar üçün ekzistensial təhlükə yaradıb”.
Azay Quliyev bildirib ki, üçüncü mühüm məsələ ATƏT PA-nın ATƏT-in Minsk Qrupu ilə institusional əlaqələr qurması və onunla sülh quruculuğu istiqamətində sıx əməkdaşlıq etməsinə ehtiyacın olmasıdır:
"ATƏT PA ATƏT-in Minsk Qrupu üzvlərinin iştirakı ilə Minsk Konfransının çağırılmasını təşviq edə bilər, ən azından ATƏT PA çərçivəsində Minsk qrupuna üz olan ölkələrin iclasını keçirə bilərik. İclasda bir suala cavab tapmaq lazımdır: “Niyə həmsədrlər indiyə kimi problemin həllini təmin edə bilməyiblər? niyə Ermənistan indiyə kimi BMT TŞ-nin qətnamlərini və digər beynəlxalq sənədləri icra etməyib?
İnanıram ki, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindəki mövcud əngəllərin və uğursuzluqların müəyyən etmək və Ermənistan-Azərbaycan münaqişəsinə dair müəyyən müsbət inkişafa nail olmaq üçün ATƏT PA-nın müdaxiləsi faydalı ola bilər”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, dördüncü məsələ budur ki, Ermənistan 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların işğalçı ölkənin silahlı qüvvələrini Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlərini, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, ATƏT və ATƏT PA-nın qətnamələrini görməzliyə vurur: “Buna görə də biz 57 ölkəni bir araya gətirən təşkilat olan ATƏT-in münaqişənin həlli üçün təklif etdiyi alət və mexanizmləri, bu qurumun mandatını daim diqqətdə saxlamalı və Ermənistanın işğal etdiyi Azərbaycanın ərazilərindən silahlı qüvvələrini çıxarmasını tələb edən yuxarıda sadalanan qətnamələri icra etməsini təmin etməliyik. İnanıram ki, bütün bu məsələlər ATƏT-ə təqdim ediləcək təkliflərdə və fəaliyyət planında öz əksini tapacaq".
Çıxış edən bir neçə Büro üzü Azay Quliyevin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT PA-nın daha fəal olması haqqında təkliflərini dəstəkləyib.
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR