"Qoy bir balaca hiss etsin ki, cəmiyyətə bu əziyyəti niyə verirdi?" - Arif Əliyevlə Bahəddin Həzidən Ramiz Mehdiyevə mesaj
31-08-2020 [17:19]
Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyev son məqaləsində ölkə mediasının vəziyyətinə də toxunub.
Sitat: "Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib...".
O, məqalənin sonlarına doğru bunları qeyd edib: "Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir..."
Bakı Media Klubu portalının rəhbəri, tanınmış jurnalist Arif Əliyev AMEA prezidentinin fikirlərini "Azadlıq" radiosuna şərh edərkən deyib ki, nə qədər paradoksal olsa da, Ramiz Mehdiyevin söylədiklərinin hamısı doğrudur: "Amma burada maraqlı bir cəhət var: Yəni insan doğrudanmı hakimiyyətdən getdikdən sonra birdən-birə belə ağıllanır, hər şeyi dərk etməyə başlayır?
R.Mehdiyev bütün indiki siyasi sistemi uzun illər yaradan, başında dayanmış şəxsdir və sanki bu dəhşəti bu gün birdən-birə görüb. Axı, redaktorlarla cümə günü iclasları R.Mehdiyevin yanında keçirilib. Göstərişlər oradan verilib. Bu media oradan eybəcərləşdirilib. Uzunmüddətli bu dağıtma prosesinin başında dayanmış şəxslərdən biridir".

A.Əliyevin fikrincə, R.Mehdiyevin mesajları siyasi mesajlardır, cəmiyyətə ünvanlanmayıb. Onun sözlərinə görə, R.Mehdiyev heç vaxt cəmiyyətlə danışmayıb: "Bu mesajlar ali siyasi elitaya ünvanlanıb. Onların, təəssüf ki, doğruluğunu təsdiq etməklə bərabər, indiki vəziyyətdə həlli variantını görmürük. Situasiya belədir".
A.Əliyev R.Mehdiyevin bu sistemi haqsızlıqda, birtərəfli yanaşmada qınamasına münasibətini isə belə ifadə edib: "Bax, yaratdığınız o jurnalistikadır, o ideologiyadır, indi buyurun, qarşılayın. 25 il bu sferaya rəhbərlik etmiş şəxs indi bu sferadan dad çəkir. Qoy bir balaca hiss etsinlər ki, bu cəmiyyətə bu əziyyəti niyə verirdilər? İndi bunu necə düzəltmək mümkündür?".
"Bizim Yol" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həziyev isə "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, Ramiz Mehdiyev bu məqaləsi ilə "Mən getdim, mətbuatı idarə edə bilmirsiniz, ictimai kələfin ucunu itirmisiniz, mənim yanaşmama qayıdın" mesajlarını vermək istəyir.
"Onun məqsədi odur ki, hakimiyyət mediaya açılım etməsin, əksinə, daha da sıxsın. O zaman medianın hakimiyyətdən narazılığı artacaq və hakimiyyətdən narazı klanlara, qruplara sığınmaq istəyəcək. Yəni media açılım gözlərkən daha çox basqı ilə üzləşərsə, istər-istəməz köhnə klanın, yəni keçmiş administrasiya rəhbərinin qucağına düşəcək. Buna ümid edir" - deyə, B.Həziyev qeyd edib.

Baş redaktor bildirib ki, R.Mehdiyev məsələyə Qarabağ problematikası üzərindən daxil olsa da, əslində daxili siyasi düzəni nəzərdə tutaraq gəzişmələr edir: "Eyni zamanda, "Üzərimə gəlməyin, ictimai proseslərin idarə olunmasında Sizə dəstək verim, mənə ehtiyacınız var" deyə, ölkə rəhbərliyinə mesaj verir.
"Ziyalılar susur, media susur" deməklə bu institutların hakimiyyətə dəstəyinin kifayət səviyyədə olmadığına, hələ də ən yaxşı halda gözləmə mövqeyi tutduğuna işarə edir. Akademiyada, universitetlərdə özünə qarşı hərəkətlənmənin olmamasından, az-çox nüfuzlu ziyalıların gözləmədə dayanıb susmasından, hətta Yazıçılar Birliyinin sədri Anarın da "Ramiz Mehdiyevin nəvəsinin toyu borcuma qalıb?!" deməsindən Mehdiyev cəsarətlənib. Həmçinin Şoyqunun Bakıda gözümüzün içinə söylədiyi yalanlar, Xarici İşlər nazirimizin Moskvada qarşılanmasının aşağı səviyyəsi ona cəsarət verib".
Bahəddin Həziyev hesab edir ki, hakimiyyət onun qarşısında geri çəkilsə, çox arzuolunmaz nəticələr doğura bilər: "Köhnə təfəkkürdən imtina edib yeni açılımlara getməkdən başqa doğru yol görünmür".
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR