"Abel Məhərrəmov mənə zorla ərizə yazdırdı..." - Sabiq deputatdan maraqlı açıqlamalar (MÜSAHİBƏ)
24-08-2020 [14:47]
Keçmiş deputat Gülər Əhmədova Yenisabah.az-ın suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Gülər xanım, bir neçə gündür ki, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal yaşanır. Koronavirus pandemiyasına görə kütləvi tədbirlərin, o cümlədən toyların qadağan edildiyi vaxtda belə bir addım atılmasını necə qiymətləndirirsiniz?
- Heç bir halda qaydaları pozub toy etmək doğru deyil. Qaydalar elə birinci deputatlar tərəfindən nəzərə alınmalıdır. Ağız dolusu danışmazdan əvvəl zəhmət çəkib özləri də qaydalara əməl etsinlər. Ondan sonra xalqdan nəsə tələb etsinlər.
- Bu gün Ramiz Mehdiyev tənqid hədəfindədir. Hətta vaxtilə ona yaxınlığı ilə seçilən şəxslər belə, bu tənqidlərə qoşulub. Sizi də onun adamı hesab edirdilər...
- Mən Ramiz Mehdiyevin yaxın adamı olsaydım, həbs olunmazdım. Hamı çox gözəl bilir ki, kim kimin adamı olub?! Ramiz Mehdiyev mənim üçün nə edib? Bəlkə ərimi, qardaşımı, oğlumu, bacımı vəzifəyə qoyub, mənə universitetdə kafedra verib? Mən onun adamı olsaydım, həbsdən sonra 8 il işsiz qalardım? Abel Məhərrəmov nəyə görə mənə iş vermədi? Mənə zorla ərizə yazdırdı. Halbuki ona dövlət başçısı səviyyəsində deyilmişdi ki, icazə verin dərsini desin. Niyə məni onlarla müqayisə edirlər? Mənim evimdə bir adam işləmir. Yoldaşımı işdən qovdular. Kimdən soruşduqsa, “Ramiz Mehdiyevin tapşırığıdır” dedi.
Kütlə deyə bilər ki, filankəs Ramiz Mehdiyevin adamıdır. Heç bir sübut olmadan məni niyə həbsxanaya apardılar? Uşağımın ad günündə imkan vermədilər ki, onun tortunu kəsim. Mən onlardan xahiş elədim ki, heç olmasa uşağımın tortunu kəsim, plovunu qazın üstündən götürüm. İcazə vermədilər. Mənə nə sübut elədilər? Üstümə gətirib qoydular ki, sən adam öldürmüsən. Sübut etdilər? Respublika Uşaq Təşkilatı kimi təşkilat yaratmışdım. Onu dağıtdılar. “Mərkəz” qəzetim var idi. Onu əlimdən aldılar. Mənəm Mehdiyevin adamı?!
- Belə iddialar var ki, Milli Məclisdə Ramiz Mehdiyevin deputat komandası olub. Siz də uzun illər parlamentdə təmsil olunmusunuz. Deyilənlər doğrudurmu?
- Əlbəttə ki, Ramiz Mehdiyevin ətrafında olan insanlar olub. Amma məni həmin sıraya yazmaq sadəcə gülməlidir. Bəzi jurnalistlərə də gülməyim gəlir. Onlar düşünmürlər ki, bu şəxs Mehdiyevin adamı olsa, belə günə düşərdi?! Ağlı olan adam başa düşərdi, amma düşmədilər. Bizə ən böyük zərbəni Abel Məhərrəmov vurub. Ramiz Mehdiyevin adamı Abel Məhərrəmovdur ki, bizə zərbəni zərbə dalınca vurdu. Mənim oğlum BDU-da əyani aspiranturada oxuyurdu. Onu BDU-dan səbəb göstərmədən çıxardılar. Sonra da götürüb əsgər apardılar.
Getdim ki, dərsimi deyim, mənə dedilər ki, ərizəni yaz. Səbəbini soruşdum, cənab Prezidentin zərfini aldığımı dedim, mənə “məsləhət deyil” dedilər. Hər şeyin üstü indi açılır. Mən danışmaq istəmirəm, amma bir az düşünmək lazımdır ki, əgər bu, Ramiz Mehdiyevin adamıdırsa, niyə bu gündədir?! Ramiz Mehdiyevin bütün adamları-arvadları, ərləri, uşaqları, özləri vəzifədədirlər. Mənim evimdəki hər kəsi işdən çıxardılar. Həbsdən çıxanda sonra iş vermədilər. Necə olur ki, biz Ramiz Mehdiyevin adamı oluruq, həm də rəzil gündə yaşayırıq?!
- Bəs sizin barənizdə bu iddialar haradan qaynaqlanır?
- Mən istəyirəm ki, Azərbaycanlılar bir az həqiqəti görsünlər. Bu, təkcə mənimlə bağlı deyil, ümumiyyətlə başqa biri ilə bağlı da hər deyilənə həmin dəqiqə inanmasınlar. Adam haqqında çox söz deyərlər. Sən bir bu adamın oturuşuna-duruşuna, həyatına bax, deyilən şeylərə uyğun gəlib-gəlmədiyinə nəzər sal. Çox adama çox şey deyərlər.
Mən 1993-cü ildən bəri işləmişəm. Jurnalistlərə həmişə deyirəm ki, özlərinin bir mövqeyi olsun, adıma yazmadıqları qalmadı. Bir baxsınlar ki, onlara verilən informasiya nə dərəcədə doğrudur. Mən necə dəfə çıxıb dedim ki, işsizəm. Bunları eşitməyiblər? Ramiz Mehdiyevin adamı belə gündə yaşayar? Dəfələrlə dedim ki, yoldaşım onkoloji xəstədir, müəllimdir, ona dərs verin, səs çıxmadı.
Danışan adamlar indi danışırlar. Onların hər şəraiti var. Övladları vəzifədədir, arvadları da məktəb direktorudur. Onlarla məni götürüb müqayisə eləsinlər, görək, mənlə onları bir tərəziyə qoya bilirlər?! Sadəcə mən ağlamağı sevən adam deyiləm. Mən 1-2 dəfə sözümü deyib, kənara çəkilirəm, çünki gecə-gündüz oturub ağlamağı özümə əskiklik bilirəm. Aydın Mirzəzadəyə, Elman Nəsirova mənim gülməyim gəlir. Bunlar Ramiz Mehdiyevin şah əsərləridir. Bunlar o vaxt məni gecə-gündüz söyürdülər, haqqımda demədikləri qalmamışdı. Kimdən məni niyə söydüyünü soruşurdumsa, mənə deyirdilər ki, aparatdan tapşırıblar.
Mənə Ramiz Mehdiyevin adamı deyən jurnalistlərin özləri kim idilər ki?! Haqqımda şər-böhtan yazırdılar. Onların bir çoxu ilə mənim gözəl münasibətim olmuşdu, yüz dəfə də yaxşılıq eləmişdim. Amma haqqımda yazmadıqları qalmadı. Bu qədər şey oldu, heç kimə heç nə demədilər, amma Gülər Əhmədovanın anasını ağlatdılar.
- Sizcə, Ramiz Mehdiyevi tənqid edənlər ona münasibətlərində səmimidirlər?
- Yeni Azərbaycan Partiyasının “Səs” qəzeti var. O vaxt o qəzet mənim haqqımda olduqca təhqiramiz ifadələrə yer vermişdi. Bilənlər bunu yaxşı bilir. Səhv etmirəmsə, yazan Bəhruz Quliyev idi. Mən sonradan onlardan niyə belə etdiklərini soruşdum. Çünki YAP-ın quruculuğunda uzun müddət çalışmış adamam. Mənə bunu onlara aparatdan tapşırdıqlarını dedi. İndi bunlar çıxıb Ramiz Mehdiyevi tənqid edirlər. Halbuki bunlar Ramiz Mehdiyevdən, Əli Həsənovdan ən çox yararlanan insanlardılar. “Səs” qəzeti tənqid edir, Aydın Mirzəzadə tənqid edir... Bax, hər gün bir sifətə dönən adamlar bunlardılar. Ramiz Mehdiyevə dövlətin sütunu deyən admalar indi hamıdan qabağa qaçıb tənqid edirlər. Bunları doğrudan da görmürlər? Gərək, bunlar deyilsin?
Adam var ki, vəziyyətin dəyişdiyini görən kimi hamıdan qabaq qaçır. Mənim elə xasiyyətim yoxdur. Mən yıxılan adamı kimliyindən asılı olmayaraq vurmuram. Düzdü, qadın olmağıma, körpə uşağıma baxmadan nə qədər pislik varsa, etdilər. Amma mənim elə xasiyyətim yoxdur. Sadəcə mənim acığıma gələn şey odur ki, mən bunun adamı olmadığım halda, belə dedilər. Yaxşı bir məsəl var, elə yerinə düşür: İsinmədik istisinə, kor olduq tüstüsünə...
Küçədən keçən adam Ramiz Mehdiyevin adamı olduğumu deyə bilər. Amma jurnalistin vicdanı olmalıdır. Əli Həsənovun tapşırığı ilə Gülər Əhmədova haqqında böhtan yazan onlar deyildimi? Mənim haqqımda yazdıqlarını görsəniz, şoka girərsiz. Həmin o “Səs” qəzeti bir nömrəli adamlarıydı. İndi bunlar Ramiz Mehdiyevi tənqid edən olublar. Adamın bir sifəti olar, adam kişi olar. Ayaqqabısından öpürdülər, indi nə oldu? Mənim gətirib bir nəfər vəzifədə olan adamımı göstərsinlər. Villalarımın, şadlıq evlərimin olduğunu yazırdılar, hardadı onlar?! Dünən gələn adamlar, özlərinə böyük biznes qurublar. Bizim isə yeddi arxa dönənimiz Bakıda yaşayıb, amma heç nə yoxdur. Bizim bir evimiz, bir dənə də maşınımız var. Bunların simasını göstərmək lazımdır.
Onlara bir-bir zəng vurdum ki, haqqımda tərbiyəsiz şeylər yazmasınlar, mənim oğlanlarım, qardaşlarım var. Amma nə fayda... İndi çıxıb Mehdiyevi bəyənmirlər. Göydə Allah var. Adam istənilən vəzifədə ola bilər, amma gərək vicdanı olsun. Həqiqət elə bir şeydir ki, gəlib yerini tutur. Gərək, haqqın tərəfində olasan. Öləndə də insan kimi öləsən. Mən yalan danışmamışam. Heç nə sübut edə bilmədilər. Çox böyük iyrəncliklər var. Mən bunlardan bezmişəm, çalışıram ki, heç onların yanından da keçməyim. Hər şeyi qatıb qarışdırdılar və zibilini çıxardılar.
Mənim qədər qaçqınlarla kim işləyib? Axırıncı qaçqın düşərgəsi götürülənədək mən işləmişəm. Bunu minlərlə adam bilir. Hər rayonla-şəhid ailəsi, qazi ailəsi, əlillərlə bağlı mənim siyahılarım var idi. Mən sadəcə reklam sevmirəm. İndi gedib iki kiloqram makaron alırlar, gecə-gündüz onu nümayiş etdirirlər. Yaxşı görünmür, ancaq pis bir şeyi həmin dəqiqə böyüdürlər. Biz bayramlarda o ailələrin payı çatmamış evimizdə oturmurduq. Mən səmimi deyirəm ki, simasız, riyakar, yalançı, ağızlarına gələni yazan adamlardan iyrənmişəm. Adamın bir siması olar. Jurnalistikaya dəxli olmayan, mənasız, məzmunsuz adamalara ev veriblər, hörmətli, ehtiyacı olan jurnalistlərimiz bir tərəfdə qalıblar. Mehdiyevin adamlarını elə tapsınlar. Harda döyülüb-söyülən adam varsa, Mehdiyevin adamıdır deməsinlər. Abel yarımştat dərsi də qoymadı ki, mən keçim...
Sayad Həsənli
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb