31-10-2013 [15:24]
AZXEBER.COM bu gündən etibarən yeni rubrikaya start verir. "Facebook ulduzları" adlanan yeni rubrikada sosial şəbəkədə məşhurlaşan gənclər suallara cavab verəcək. Beləliklə, ilk müsahibimiz fotomolel Safura Rəhimovadır.
-Safura Rəhimova - bu ad "facebook"dan istifadə edənlərə çox tanışdır.İlk sualım belədi: Necə oldu ki, "facebook" ulduzuna çevrildin?
-Uşaqlıqdanən böyük arzum model olmaq idi.Amma evdəkilər həmişəmənim buistəyiməqarşı çıxırdılar.Ənəsas da atam.Amma tanınmağı,məşhurolmağıçox istəyirdim vəbu istəyimi həyata keçirtmək qərarına gəldim. Bəzi yaxın dostlarımla məsləhətləşdim vəbu addımıatdım.Ancaq üzümü göstərməmək şərtilə. Başladım maşınlarla fotosessiya etməyə. Bir müddət keçəndən sonra bütün "facebook” səhifələrində şəkillərim yayıldı və hamı kim olduğumla maraqlandı.Getdikcə çoxlu təkliflər gəldi və hal-hazırda da çox insanlar mənim maşın həvəskarı olduğumu düsünür.Halbuki bu mənim işimdi. Onu da qeyd edim ki, mənim şəkillərimə 10 mindən çox "like” gəlir.
-Özün haqda da bir az məlumat verərdin. Məncə oxucularımıza çox maraqlı olar. Səfurə ümumiyyətlə kimdir?
-Mən 1990–cı ildədünyaya gəlmişəm. Əslən Cənubi Azərbaycanlı sayılırıq. Amma Bakı şəhərində yaşamışam. 2009-cu ildə Kooperasiya universitetinə daxil olmuşam və bu il bitirmişəm. Hazırda bankda qeydiyyat söbəsində çalışıram.
-Bank işi hara, fotomodellilk hara?Bu haqda da bir az məlumat verərdin...
-Mən idmanla məşğul oluram. Bədənim çox gözəldir, çox cazibədardır, deyilənə görə çox gözəl "fiquram” var. Bir sözlə getdikcə öz bədənimin vurğunu oldum. Hamını cəlb etdiyimi düşünürdüm və bu həqiqətən belə idi. Ele bir gözəl bədənin paltar altında gizlənməyin istəmirdim, ona görə də soyunmaq qərarına gəldim. Həm də uşaqlıqdakı arzumu həyata keçirmək istəyirdim. Ancaq müsəlman ölkəsində yaşadığımı da düşünürdüm, həm də evdəkilərin mənfi reaksiyasi bu işdən məni çəkindirirdi.Çox böyük risqə girdim və bu addımı atdım. Bu işdə mənə ən çox müəllimim, məşhur model Mübariz Allahverdizadə dəstək oldu.
-"Facebook"da yarıçlıpaq fotolarını paylaşırsan, buna görə də səni təhqir edənlər da az deyil. Hətta sənə modeldən çox, fahişə deyirlər. Bu sözləri necə qarşılayırsan?
-Məniənçox incidən məhz eləbu məsələdi.Bəli artıq adıma çox səhifələr, çox profillər açılıb.Haqqımda nalayiq sözlər yazırlar və camaatda mənə qarşı pis fikir yaradırlar. Bunu niyə və nə üçün etdiklərini anlamıram. Məqsədləri nədir? Niyə məni qısqanırlar? Niyə mənim paxıllığımı çəkirlər və ən əsas da niyə məni yaxşı yox, pis tanitmaq istəyirlər? Axı bundan əllərinə nə keçir? Bəzən belə şeyləri görəndə model olduğuma görə çox peşmançılıq hissləri keçirirəm.Ya da nəyisə səhv etdiyimi düşünürəm.Bunları edənlər düşünürəm ki, mənə ancaq uzaqdan baxıb və həqiqətən mənim kim olduğumu bilməyən insanlardı. Mənim niyə elə şəkillər çəkdirdiyimi başa düsmürlər. Bir sözlə Azərbaycanda model anlayışı hələ inkişaf etməyib.Elə şəkillər çəkdirən fahişə gözü ilə baxırlar. Bu heç də xoş hal deyil və çox təəssüf edirəm....
-Şəkillərdə üzünü niyə heç vaxt göstərmirsən?
-İlk fotosessiyam üzsüz olub. Yəni sadəcə bədənim nümayiş olunub. Gördüm hamı məni elə qəbul edir.Yəni heç kim narazıçılıq bildirmir.Hamı normal qarşılayırdı. Amma bəziləri mənim eybəcər olduğumu, məhz buna görə üzümü gizlətdiyimi düsünürdü.Bu heç də elə deyil.Bayaq da qeyd etdiyim kimi bu işə valideynlərimdən icazəsiz başlamışam. Bundan sonrakı üz şəkillərim paylaşılsa, bu mənim üçün çox problemlər yaradar. Həm də ailəm çox mühafizəkardır. Onların heç xəbəri yoxdur ki, bu şəkillərdəki mənəm.
-Maşınlarla etdiyin fotosessiyalara görə sənə pul verirlər? Bəs fotosessiyalardan sonra avtomobil sahibləri sənə başqa təkliflər edirlər?Edirlərsə sən nə cavab verirsən?
-Aha bir neçəmaşınla etdiyim fotosessiyalardan pul almışam.Ammaənçox dostlarımın maşınlarıiləetmişəm.Bəli,o təklif cox gəlib (gülüb)və deyə bilərəm ki, hər gün gəlir. Amma mən həmin insanlara "fahişə" yox, model olduğumu xatırlatmışam. Bu fotosessiyalarım yayıldıqdan sonra hamı ən çox fotosessiya üçün yox, məhz bu təklifi eləmək üçün məni narahat edirlər. Yəni insanlarımıza model yox, fahişə lazımdır.
-Safuranın bir qadın kimi ən böyük istəyi nədir?
-Bundan əvvəlki istəyim Azərbaycanda çox məhşur, öz bədəni ilə hamını heyran edəcək bir model olmaq idi. Amma artıq Azərbaycanda yaşadığımı anladım və belə bir anlayışın bizim ölkədə həyata keçirməyin sadəcə xəyal olduğunu anladım. Bu nə qədər gülməli olsa da, mənim üçün çox acınacaqlıdır.Bir model kimi öz sənətimi axıra kimi davam elətdirə bilmədim. Bunun üçün ailəmi atıb bu ölkədən getməliydim, yəni ya sənətimi ya da ailəmi seçməliydim.Və ən doğru qərarı verdiyimi düşünürəm.Artıq bir işə görə ailəmi qurban verə bilmərəm.Yetərincə məhşuram öz bədənimlə. Bu artıq kifayetdir. Hətta bir çox oğlan məni bədənimdən tanıyır (gülür) Bundan sonra ən böyük istəyim ailə qurub öz uşaqlarıma baxmaqdır. İnşallah qızım olsa nə olur olsun onu ən tanınmış model, oğlum olsa da futbolçu edəcəm.
-Safura, bu günə qədər sənə gələn ən maraqlı təklif hansı olub?
-Təkliflər çox olub və bunlar arasında ən maraqlısını seçmək mənim üçün çox çətindi.Ən maraqlısı 15 yaşlı fanatımın məni çox sevdiyini və mənimlə evlənmək istədiyini deyə bilərəm. Digər təkliflər isə yataqla məhdudlaşır (gülür)
- Safura bildiyim qədərilə sənin sevgilin var. Bəs həmin oğlan qısqanmır səni? Təkcə səni yox, həm də sənə gələn təkliflərə, əxlaqsız şərhlərə necə göz yumur bəs. Bədənini hamıya göstərməyinə irad bildirmir?
-Mənim sevgilim var və adı da Ziyadır. Məni tanıyan hamı onu da tanıyır. Düzü çoxu hal-hazırda ondan cəkinir. Əlbəttə ki, mənə dəyər verən, məni mənliyimə görə sevən bir insan məni niyə də qısqanmasın?Bütün dərdimi onunla paylaşıram.Bizim məqsədimiz evlənmək deyil, sadəcə bir-birimizi dəlicəsinə sevmək və hemişə bir- birimizin yanında olmaqdı. Çünki mən çox kişinin xeyalındakı qadınam. Amma mən təkcə Ziyaya aidəm və buna görə o, çox arxayındır və mənə həddindən artıq inanır. Bəli artıq mənə gələn təkliflərin o şahididir. Maşınlarla şəkil çəkdirməyimə, ətrafımda dostlarımın olmağını istəmir. Və mən də onun fikirlərinə dəyər verirəm.
- Dedin ki, məqsədiniz evlənmək deyil. O zaman ortaya sual çıxır: Ziyayla aranızda cinsi əlaqə olub mu? Yəni bununla bağlı streotiplərin var mı yoxsa? Məncə sənin "facebook" dostlarını ən çox maraqlandıran sual budur.
-Mənə hamı düzlüyümə görə hörmət edir. Hamı mənim kişi kimi mərd olduğumu bilir və sizin suallarınıza hörmətlə yanaşıram, çalışdıgım qədər onları doğru cavablandırıram. Bu normal haldır. Kişilər edə bilir niyə də qadınlar etməsin ki? Kişi və qadın hər ikisinin hüququ eynidir. Amma mentalitet söhbəti var. Ona da hörmətlə yanaşıram. Bəli, Ziya ilə aramızda yaxınlıq var.Və heç nədən çəkinmirəm. Qoy bunu hamı da bilsin. Bir şeyi də deyim ki, bəzi qızlar özlərini peyğəmbər övladı kimi aparmasınlar. Onlar elə hoqqalardan çıxırlar ki, mən etdiklərim onların yanında heç nədir. Amma "facebook”da şərh yazanda hamısı namus ağacı olur, ayıbdır...
-Çox gözəl. Safura deyəsən qızlardan çox yığmısan. Sənə paxıllıq edən qızlara nə demək istəyirsən?
-Çox sağ olun ki,onlara buradan öz ürək sözlərimi çatdırmaq üçün mənə şərait yaratdınız. Mən həyatı boyu heç kimə paxıllıq etməmişəm, etmirəm də ve hamının mənə qarşı belə olmağını istəyirəm. Adıma səhifə, profil açıb, mənim adımı batırmaqla əlinizə heç nə keçməyəcək inanın. Hamı Safura Rəhimovanın kim olduğunu çox gözəl bilir! Bunları edənlərin bir məqəsədi var: Safuranı hamıya fahişə kimi tanıtsın! Mən bu gün çox xoşbəxtəm ki, qizlar mənim paxıllığımı çəkir. Çünki onlar bekar insanlardı və mənimlə maraqlanırlar(gülür)və məni qısqananlar təkcə qızlar deyil, oğlanlar da var. Bunu axır zamanlar çox görürəm .Yəqin ki bir məsəl var: Pişiyin ağzı ətə çatmayanda myo myo deyir. Sizə bir şeyi də deyim. Bütün günü namusdan, qeyrətdən danışan oğlanlar "inbox”da mənə elə təkliflər edirlər ki, onları deməyə dilim gəlmir. Biri o gün yazıb ki, gəl cinsi əlaqəyə girək. Nə deyirsənsə, hamısını edəcəm. Mənə ona "otval” verəndən sonra başladı məni fahişə adlandırmağa. Əslində, "facebook”da söyüş yazanların çoxu bu tipli adamlardı.
- Təşəkkürlər, Safura...
- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir