Eldar Həsənov ittihamı qəbul etməyib: "Dedi ki, haqq-ədalət öz yerini tapacaq" - Vəkili danışdı

img

15-08-2020 [13:07]


Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov ötən gün məhkəmə önünə çıxarılıb.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, onun vəkili Adil İsmayılov nəhkəmə iclası ilə bağlı açıqlamasında Eldar Həsənovun məhkəmədə ittihamları qəbul etmədiyini bildirib.

Vəkil qeyd edib ki, Eldar Həsənov mətbuata açıqlama verilməməsini xahiş edib: "Mətbuat üçün açıqlama verməməsini xahiş etdi. Bildirdi ki, haqq-ədalət öz yerini tapacaq".

Vəkil bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir..

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR