“Putinlə Ərdoğan bir-birinə oxşayırlar" - Peskov

img

17-07-2020 [15:50]


Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında olan oxşar cəhət hər ikisinə çətin vəziyyətlərdən çarə tapmağa kömək edir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun fikrincə, Rusiya lideri danışıqlar apararkən məsələləri konkret şəkildə qoyaraq məhz dediklərini nəzərdə tutur, verdiyi vədləri də ən qısa zamanda yerinə yetirir.

“Bu baxımdan Putin ilə Ərdoğan bir-birinə oxşayırlar. Həmin cəhətə görə onlar ən çətin vəziyyətlərdən belə çarə tapa bilirlər”, - Kreml rəsmisi qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA