Britaniya XİN başçısı: “Rusiyalı hakerlər COVID-19 peyvəndi ilə bağlı araşdırmaları oğurlamağa çalışır”

img

16-07-2020 [17:42]


"Rusiyalı hakerlər COVID-19 peyvəndi ilə bağlı araşdırmaları oğurlamağa çalışır".

Bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.

“Rusiya kəşfiyyat xidmətinin koronavirus pandemiyası ilə mübarizə aparanları hədəfə alması tamamilə qəbuledilməzdir. Başqaları öz ehtiyatsız davranışları ilə öz eqoist maraqlarını həyata keçirərkən, Britaniya və müttəfiqləri peyvənd tapmaq və qlobal sağlamlığı qorumaq üçün böyük səylər göstərirlər. Britaniya bu cür kiberhücumları edənlərə qarşı mübarizəni davam etdirəcək”, - deyə nazir vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA