Rusiya Ermənistan - Türkiyə sərhədində nəzarəti gücləndirir

img

15-07-2020 [13:37]


Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşik uçuşları həyata keçirir.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gümrüdəki şahidlər bildirirlər.

Bu addımın səbəbi kimi Türkiyə hökumətinin Azərbaycanı tam dəstəklədikləri və hər an yardım etməyə hazır olduqları barədəki bəyanatları göstərilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR