XİN başçısı: "Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir"

img

13-07-2020 [13:24]


"Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribat üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin fikrini daxili problemlərdən yayındırmaq məqsədi güdür". 

Mia.az xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı deyib. 

Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq