57 dövlət ATƏT rəhbərliyinin səlahiyyət müddətinin uzadılması barədə razılığa gələ bilməyib

img

12-07-2020 [23:57]


ATƏT-ə üzv 57 dövlətin nümayəndələri Baş katib Tomas Qreminqer də daxil olmaqla, təşkilatın hazırkı rəhbərliyinin səlahiyyət müddətinin daha 3 il uzadılması barədə konsensusa gələ bilməyiblər. 

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Albaniya məlumat yayıb. 

Albaniya ATƏT-in Baş katibi, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, Milli azlıqlarla iş üzrə ali komissar və KİV azadlığı məsələləri üzrə nümayəndə postuna namizədlərin seçilməsi prosedurunu elan edib: “Təəssüf edirik ki, 57 üzv dövlət 4 vəzifəyə təyinatla bağlı konsensus əldə edə bilməyib”.

Albaniya ATƏT-ə üzv dövlətlərdən 18 sentyabr 2020-ci ilə qədər həmin vəzifələrə namizədlər irəli sürülməsini xahiş edib. 

Qeyd edək ki, ATƏT-in Baş katibi, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, Milli azlıqlarla iş üzrə ali komissar və KİV azadlığı məsələləri üzrə nümayəndənin səlahiyyət müddəti iyulun 18-də başa çatır. Albaniya fəaliyyətdə olan sədr kimi  hesab edirdi ki, hazırda bu vəzifələri tutan şəxslərin yenidən bu vəzifəyə təyin edilməsi koronavirus pandemiyası dövründə təşkilatın fasiləsiz fəaliyyətini təmin etməyə imkan verə bilər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR