Prezidentin köməkçisindən jurnalistlərə mesaj: "Əməyiniz böyükdür, siz də ön cəbhədəsiniz”

img

10-07-2020 [17:54]


“Mən Azərbaycan jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər”.

Mia.az bildirir ki, bunu Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, jurnalistlər vətəndaşları dolğun, düzgün məlumatlandırmağa çalışırlar: “COVID-19-a yoluxub həyatını itirən jurnalistlərə rəhmət diləyirəm. Jurnalistlərin hamısının testdən keçirilməsinə gəlincə, müzakirə edərik, cavab verməkdə çətinlik çəkirəm”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Operativ Qərargahda sosial məsafə gözlənilir: “Gələcəkdə onlayn mətbuat konfransı da keçirilə bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı