PA-nın şöbə müdiri daha bir partiya sədri ilə müzakirə aparıb

img

09-07-2020 [17:12]


Bu gün Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev arasında görüş keçirilib.

BAP Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib, bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR