Bakıda saxta spirtli içki istehsal edən və satan şəxslər tutuldu
09-07-2020 [15:19]
Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir:
"Həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında metanol tərkibli alkoqollu içkilərin istifadəsi nəticəsində ayrı-ayrı şəxslərin zəhərlənmələri və ölüm faktlarına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
İstintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən "Yaşıl bazar" ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satmış, nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına yüngül zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan qanunsuz əməllərə görə Vurğun İbadov və Əzim Hüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
Nazir mərkəz direktorlarını vəzifədən azad etdi - Yeni təyinatlar
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Əli Həsənov Ramiz Mehdiyevlə bağlı suala cavabdan yayındı
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi