Ermənistanda son sutkada daha 526 nəfər koronavirusa yoluxub

img

09-07-2020 [10:55]


Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 526 nəfər artaraq 30 346-ya çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda, son bir gündə Ermənistanda 14 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 535-ə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 18 000 pasiyent sağalıb. Hazırda 11 641 nəfər infeksiyadan müalicə olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR