Bakıda karantin qaydalarını pozan taksi sürücüsünə 15 sutka cəza verildi

img

07-07-2020 [19:54]


Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. 

Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR