Ədliyyə Nazirliyi bələdiyyə barədə inzibati protokol tərtib edib

img

07-07-2020 [17:58]


Ədliyyə Nazirliyi Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsi barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən ptotokola Siyəzən Rayon Məhkəməsində baxılacaq. 

Bu inzibati xətaya görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR