Koronavirusa yoluxan sabiq deputat Türkiyəyə aparıldı

img

07-07-2020 [12:49]


“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

Mia.az bildirir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

“Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA