Sabahın hava proqnozu açıqlandı

img

06-07-2020 [13:10]


İyulun 7-də  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu  Abşeron yarımadasında gecə 22-24,  
gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 15-19, gündüz  23-28 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 7-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA