Sumqayıta nəzarət edən kriminal saxlanıldı

img

21-10-2013 [11:32]



Azərbaycanda kriminal avtoritet həbs edilib. Bu barədə Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb.

Hüquq-mühafizə orqanlarından həmçinin APA-ya bildirilib ki, R. Mirzəyev kriminal aləmdə "Lal” ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda "Saşa” ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R. Mirzəyev şəhərdə "obşak”a baxırmış.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA