“Pokrov” bazasının direktoru axtarışa verildi

img

16-10-2013 [22:14]


Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən "Pokrov” meyvə-tərəvəz bazasının direktoru barəsində axtarış elan olunub. ANS PRESS-in rbk saytına istinadən verdiyi məlumata görə, bazanın direktoru və onun müavini qeyri-qanuni yolla işçi qüvvəsi cəlb etdiklərinə görə təqsirləndirilirlər. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.

Artıq Moskvanın Çertanov Rayon Məhkəməsi "Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb.

Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşlardan sonra minlərlə azərbaycanlının çalışdığı "Pokrov” bazası bağlı elan olunub. Bazanın bağlanması yüzlərlə azərbaycanlının bazara satmaq üçün gətirdiyi məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub. Malı bazadan buraxılmayan azərbaycanlı sahibkarlar baza administrasiyasının qarşısında aksiya keçiririblər

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA