42 yaşlı kişi özünü yaşadığı evin həyətində asdı

img

21-10-2013 [11:08]


Zaqatala rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Hacıyev Ömər Məhərrəm oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asaraq intihar edib.

Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və Şəki Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA