Moskvada vətəndaşı amansızlıqla qətl edildi

img

16-10-2013 [22:11]



Rusiya paytaxtında Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə APA-nın Moskva müxbirinə Moskva Baş Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ruslan Arif oğlu Qaraxanlıdır. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA