Bakıda yol polisini vurdular, ağır yaralı xəstəxanaya yerləşdirilib

img

08-10-2013 [11:59]


Dünən saat 20 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində yol polisi vurulub. Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elgiz Həsənlinin ANS PRESS-ə verdiyi məlumata görə, Nobel prospekti 69 ünvanının qarşısında, Çevik Polis Alayının binasının yaxınlığında BMW markalı, 99 FK 615 dövlət nömrə nişanlı avtomobil polis əməkdaşını vurub.

Qəza nəticəsində polis serjantı Orxan İntiqam oğlu Hüseynov ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsindədir.

Hadisəni törədən sürücü Cavid Saleh oğlu Hüseynov saxlanılıb və hadisə barədə izahatı alınıb. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA