Bu həftəsonu növbəti Ay tutulması olacaq

img

03-07-2020 [15:17]


Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək.

Yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq.

Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq. Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA