Narkotik satan 4 nəfər tutuldu

img

03-07-2020 [12:47]


Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kq 935 qram heroin, 462 qrama yaxın tiryək və  985 qram metamfetamin aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq