ATƏT PA pandemiyadan sonra münaqişələrin həllində fəallaşmanın olacağına ümid edir

img

02-07-2020 [19:27]


ATƏT Parlament Assambleyasının (PA) sədri Giorgi Tsereteli Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhbəri Ayk Koncoryanla onlayn formatda görüş keçirib.

Bu barədə Gürcüstan parlamentinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər ATƏT və Ermənistan arasında əməkdaşlığın prioritetlərini müzakirə ediblər.

Müzakirələrdə Ermənistanda koronavirusla bağlı vəziyyətə də toxunulub. A.Koncoryan bildirib ki, ölkədə COVID-19-a yoluxma sayı yüksək olaraq qalır.

Görüşdə əsas müzakirə mövzularından biri Cənubi Qafqazdakı münaqişələrin həlli və post-pandemiya dövründə bu istiqamətdə işlərin intensivləşdirilməsi olub.

Müzakirələrdə ATƏT PA-nın baş katibi Roberto Montella da iştirak edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR