"Başlarına daş salıb mənim oğlanlarım?" - Sabiq deputatdan qəzəbli mesaj

img

02-07-2020 [18:12]


"Oğlanlarım ömrü boyu içki içməyib".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib.  

Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:

"Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yalnış məlumat verirlər?". 

Qeyd edək ki, Report sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyi haqda xəbər yayıb.

Bildirilib ki, Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR