İstanbul-Bakı reysinə kimlər buraxılır? - AZAL siyahı yaydı

img

02-07-2020 [15:04]


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxılan şəxslər barədə məlumat yayıb.

AZAL-dan Mia.az-a verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:

- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA