Qəbələdə şok olay: qardaş qardaşı güllələdi

img

01-07-2020 [17:53]


Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Vəliyev dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı