Gürcüstan parlamentinin sədr müavinlərinin sayı azaldılır

img

01-07-2020 [15:28]


Gürcüstan parlamentinin sədr müavinlərinin sayı 7 nəfərdən 5 nəfərədək azaldılır.

Bununla bağlı qanunverici orqanın prosedurlar qaydasına düzəlişlər edilib.

Düzəlişləri üçüncü oxunuşda 89 deputat dəstəkləyib.

Fraksiyaların formalaşdırılması üçün də qaydalar yenilənib. Bundan sonra ən azı 7 deputat fraksiya yaratmaq hüququna malik olacaq.

Bundan başqa, parlament azlığı statusu ləğv edilir. Qanunverici orqanda parlament çoxluğu və parlament müxalifəti olacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR