Xəbərdarlıq: "Koronavirus xəstələrinin evdən çıxması qadağandır"

img

30-06-2020 [18:33]


"Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.

Mia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir:

"Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar. Bir çox vətəndaşlarımızda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də gizlədirlər və özbaşına müalicə olunurlar. Nəzərə almaq lazımdır ki, COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an dəyişə və ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA