“Baktel”in direktoru axtarışa verildi

img

30-06-2020 [12:29]


Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

Mia.az APA-ya istinadla xəbər verir ki, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. 

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR