Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətirilir

img

30-06-2020 [11:09]


Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətirilir.

"Report"un Rusiya bürosu xəbər verir ki, həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycana keçirlər.

Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan Azərbaycana iyun ayının 23-də 250 nəfər azərbaycanlı gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA