"Bu sualı Qərargaha ünvanlayın" - TƏBİB-dən Ramin Bayramlının brifinqlərdə görünməməsinə maraqlı reaksiya

img

27-06-2020 [15:32]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində görünmür.

Yoluxmaların sürətlə artdığı bir dövrdə onun ölkənin ən vacib tədbirinə qatılmaması cəmiyyətdə müzakirələrə səbəb olub.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva Bayramlının brifinqlərə qatılmamasını belə izah edib:

"Operativ Qərargahın brifinqində aidiyyətli mövzu olanda Ramin doktor çıxıb danışır. Brifinq Operativ Qərargah tərəfindən təşkil edildiyindən bu sualı onlara ünvanlayın. Bizə aid mövzu olarsa, yenə Ramin bəy çıxıb danışacaq"/Baku.ws


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA