XİN: "Prezidentin təşəbbüsü beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur"
29-06-2020 [18:09]
Mia.az Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın müsahibəsini təqdim edir:
- Ölkəmizin dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi. Yaxın zamanda dünyada sülh və təhlükəsizliyin qorunmasına məsul olan beynəlxalq platformanın qlobal pandemiya ilə mübarizə mövzusunda iclasının keçirilməsi gözlənilir. Bu təşəbbüsün əhəmiyyəti, onun ümumdünya sağlamlıq böhranı ilə mübarizəyə verə biləcəyi töhfə barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi.
Məlum olduğu kimi, BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülmüşdü. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilmiş və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildirmişlər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi.
BMT Baş Katibi, öz növbəsində BMT üzv dövlətləri arasında təmimi nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş etdi.
Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparmış və nəticədə BMT üzv dövlətlərinin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilmişdir.
Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret sualınıza gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə sədrlik etdiyimiz iki beynəlxalq təşkilat çərçivəsində (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı) yeni koronovirusla mübarizə mövzusunda yüksək səviyyəli toplantıların keçirilmiş və qlobal pandemiya ilə mübarizə və təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlıq, əlaqələndirmə və həmrəylik məsələləri müzakirə edilmişdir. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək.
- Azərbaycan Prezidentinin təşəbbüsünün BMT-nin üzv dövlətlərinin 2/3-i tərəfindən dəstəkləndiyini qeyd etdiniz. Bu əlbəttə ki, yüksək göstəricidir. Maraqlıdır, təşəbbüsün əleyhinə çıxan və ya dəstəkləməyən ölkələr oldumu? Bu elə bir mövzudur ki, burada yekdilliklə dəstək gözlənilməliydi, elə deyilmi?
- Qeyd etdiyimiz kimi, BMT Baş Assambleyasının Prosedur Qaydalarının 9(a) bəndinə uyğun olaraq Assambleyanın xüsusi sessiyası çağırıla bilər və Azərbaycan Prezidentinin QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktub ünvanlaması, eləcə də Baş Katibin üzv ölkələrə milli qisimdə dəstək bildirilməsi ilə bağlı müraciəti də məhz bu proseduraya uyğun olaraq həyata keçirildi. Qaydalara əsasən, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayət idi. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən milli qisimdə dəstək ifadə olundu. Onu da bildirmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropanın əksər dövlətləri, o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildirmişlər.
Təşəbbüsün əleyhinə çıxan ölkənin olub olmadığı ilə maraqlandınız. Belə ölkə olub, adını isə yəqin ki, təxmin edirsiniz – Ermənistan. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş Katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi.
Məlum məsələdir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. Fürsətdə istifadə edərək, bu təşəbbüsü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkür edirik.
- Növbəti addımlar nədən ibarət olacaq və sessiya nə zaman çağırılacaq?
- Növbəti mərhələdə atılacaq addımlara gəldikdə, yaxın günlərdə BMT Baş Katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımdan növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedura qaydalarına əsasən, növbəti tədbir BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır.
Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təklifinə əsasən xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.
Ümid edirik ki, müvafiq addımlar atıldıqdan sonra mümkün qədər tez bir zamanda xüsusi sessiya təşkil olunacaqdır. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə Covid-19 ilə mübarizədə maraqlı olan ölkədir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək.
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)