Bona Dea Beynəlxalq Hospitalı 22 yaşlı qızın meyitini ailəsinə niyə vermir? - Bakıda şok olay + Açıqlama
26-06-2020 [17:09]
Bona Dea Beynəlxalq Hospitalı 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.
“Report”un məlumatına görə, tibb müəssisəsinin yaydığı açıqlamada qeyd olunub ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı mayın 5-də qanhayxırma və son 20 gündə 8 kq arıqlama şikayəti ilə xəstəxanaya müraciət edib.
Bildirilib ki, o, onkoloq tərəfindən müayinə olunub: “Müayinə zamanı digər xəstəxanalarda aparılan radioloji müayinələr (torakoabdominal KT) araşdırılıb, ağciyər, qaraciyər və yumurtalıqlarda yayılmış şəkildə metastatik ocaqlar aşkarlanıb. Xəstə yaxınlarına mövcud vəziyyət barədə ətraflı məlumat verilib və dəqiq diaqnoz üçün biopsiya tövsiyə olunub.
Xəstə və yaxınlarının yazılı razılığı əsasında qaraciyərdəki ocaqdan invaziv həkim radioloq tərəfindən biosiya götürülüb. Nəticədə xəstəyə “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından xəstənin yaşı nəzərə alınaraq zaman itirmədən kimyəvi müalicə başlandı. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib.
Təqib zamanı qaraciyərdəki metastaz ocaqlarından qanaxma aşkarlandı və dayandırıldı. Kimyəvi terapiya davam etdirildi. Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlandı. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq xəstə ağciyər çatışmazlığından iyunun 25-də vəfat edib.
Prosedurun izahı və qeydiyyat zamanı xəstə yaxınlarının “maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deməsi və yazılı razılıq verməsinə baxmayaraq, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq mənfəət düşünülmədən sadəcə tibbi sərfiyyat və xərclər tələb olunub”.
Xəstəxananın yaydığı açıqlamada meyitin hazırda harada olduğuna, ailəsinə təhvil verilib-verilmədiyinə aydınlıq gətirilməyib.
Qeyd edək ki, mərhumun anası xəstəxanaya 8 000 min manat borclu olduqlarını, bu səbəbdən xəstəxananın meyiti təhvil vermədiyini, girov kimi saxladığını bildirib.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."