Azərbaycan Ordusu xalqımızın güvənc yeri və qürur mənbəyidir - YAP fəalı yazır

img

28-06-2020 [16:34]


İradə Hüseynova,

YAP Nəsimi rayon təşkilatının üzvü

***

Məlum olduğu kimi, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki hər bir müstəqil dövlətin nüfuzu digər potensialları ilə yanaşı, həm də onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Çox çətin, mürəkkəb və ziddiyətli mərhələlərdən keçmiş Azərbaycanın milli ordusu bu gün artıq peşəkər kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan bir orduya çevrilmişdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fəmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, gənclərimizin ixtisaslı hərbçi kadrlar kimi formalaşması üçün müxtəlif respublikalardakı hərbi ali təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycan ordusunun formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Ulu öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Aprel, Naxçıvan qələbələri ordumuzun döyüş qabiliyyətinin gücünü bir daha sübut etdi. Hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməsi əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu daha da gücləndirir.

Hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir.

İnanırıq ki, dövlətimizin dayağı, xalqımızın güvənc yeri və qürur mənbəyi olan qüdrətli Azərbaycan ordusu bizi yeni-yeni qələbələrə doğru aparacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA