Səfir: "Amerika COVID-19-a qarşı mübarizədə Azərbaycan xalqının yanında olmaqdan qürur duyur” + FOTO
22-06-2020 [17:44]
İyunun 19-u ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçiriblər.
Səfirlikdən Mia.az-a verilən məlumata görə, bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3 600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq: “Bu yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olub. Pandemiyanın təsiri və xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən karantin tədbirləri Azərbaycanda, Birləşmiş Ştatlarda, habelə bütün dünyada bir çox ailələrin çətinliklərlə üzləşməsinə səbəb olub. Mən yerli Qızıl Aypara Cəmiyyətinin könüllülərinin Azərbaycanda insanların qida və gigiyena əşyalarının təchizatı, həmçinin sağlam qalmaq üçün zəruri məlumatların çatdırılmasında göstərdikləri xidmətlərini və əziyyətini yüksək qiymətləndirirəm. Onların göstərdikləri səylər Amerikalıların xidmət və xeyriyyəçilik dəyərlərini əks etdirir. Amerika COVID-19 xəstəliyinə qarşı mübarizədə Azərbaycan könüllüləri və xalqının yanında olmaqdan qürur duyur”,.
Bildirilib ki, USAID təşkilatı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və UNICEF-də daxil olmaqla müxtəlif təşkilatlarla tərəfdaşlıq edərək vacib gigiyena əşyalarının paylanmasını, habelə COVID-19 xəstəliyinə yoluxmamaq və xəstəliyin yayılmasının qarşısının alınması üçün məlumatların hazırlanmasını təmin edir: “USAID həmçinin Türkiyədə çalışan 19 azərbaycanlı həkimin Azərbaycana gəlişini təmin edən REACT-C19 layihəsini maliyyələşdirənlərdən biridir. Sözügedən həkimlər yerli xəstəxanalarda fəaliyyət göstərərək pandemiya dövründə müalicə alan xəstələrin ehtiyaclarının daha yaxşı ödənilməsini təmin etməyə çalışacaqlar. Bu vaxta kimi Amerika Birləşmiş Ştatları COVID-19-la qlobal mübarizəyə 11 milyard dollar ayırıb. USAID və Dövlət Departamenti COVID-19 sahəsində Azərbaycan da daxil olmaqla 120 dövlətə yardım göstərib”.
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)