Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb

img

17-06-2020 [16:28]


Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb.

Bu barədə BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, ölkə ərazisində pandemiya ilə əlaqədar tədris müəssisələrinin bağlanması səbəbindən 2020-2021-ci tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb:

“Təhsil müəssisələrinin nə zaman fəaliyyətə başlayacağı bəlli deyil. Buna baxmayaraq, kifayət qədər hazır məktəbli formamız var. Eyni zamanda, zəruri həcmdə material və ləvazimat ehtiyatımız mövcuddur. Ehtiyac yaranarsa, məktəbli formalarının tikilməsi bərpa oluna bilər”.

Xatırladaq ki, mövzu ilə əlaqədar ilk xəbəri Cebhe.info saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA