Ağsu aşırımında yanğın: iki helikopter əraziyə cəlb olunub

img

16-06-2020 [18:08]


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Mia.az FHN-ə istinadla xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA