Azərbaycanda məşhur din bilicisi vəfat etdi

img

17-06-2020 [16:18]


Adı Azərbaycan cəmiyyətinə yaxşı tanış olan məşhur din bilicisi Mirhəsən ağa Kazımov bu gün bağırsaq xərçəngindən dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, tanınmış nəslin nümayəndəsi olan Mirhəsən ağa Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində torpağa tapşırılacaq.

Məhhumun 73 yaşı vardı.

Qeyd edək ki, Mirhəsən ağa Kazımov fəal vətəndaş mövqeyi ilə də seçilib. O, hakim Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının qurulmasında yaxından iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA