Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-06-2020 [00:03]
Qoç - mənfi təcrübədən də yararlanmaq olar. Situasiyaya təsir edən kənar amillər sizi gərginlikdə saxlayır. Səhhətinizdəki kiçik problemlərin ağrılara çevrilmələrinə yol verməyin. Müstəqil və ya tənha işləmək üçün əlverişli gündür. İşlər çoxdursa, onların bəzilərini yaxın dostlarla paylaşa bilərsiniz. Tapşırıqları məntiqlə, tələsikliyə yol vermədən yerinə yetirin.
Dəstəyinizə və ya köməyinizə ehtiyacı olan insan var. Çətin olsa da, ona yardım edin.
Günün ikinci yarısında gözləntiləriniz doğrulmayacaq. Ailə üzvləri ilə təmaslarda diqqətli olun.
Buğa - yaradıcılıq aktivliyi üçün əlverişli gündür. İdeyalarınız uğurlu nəticə verə bilər. Layihənizin reallaşmasında sizə yardımçı olacaq insan varsa, əladır. Emosiyaların təsiri altına düşməyin. Yaşam potensialınız yüksək olsa da, mənasız nüanslara diqqət və qüvvə sərf etməyin.
Günün ikinci yarısında bilik və təcrübənizi artırın. Yenilənmələrə stimul verə biləcək insanla təmasda olacaqsınız. İşgüzar əlaqələrdə aktiv olun, nə istədiyinizi müyyənləşdirin.
Axşam saatlarında xoş sürpriz ola bilər.
Əkizlər - öz işlərinizi tamamən unudaraq başqalarının problemlərinin həlli ilə məşğul olmayın. Nə isə və ya kimsə səbrinizi sınağa çəkə bilər. Təmkinli olsanız, nəticələr sizi sevindirəcək. Dəyər verdiyiniz insanın tapşırığını və ya xahişini unutmayın.
Günün ikinci yarısında məqsədə çatmaq üçün bir an fasilə vermədən çalışmaq olar. Fiziki işlə müqayisədə intellektual fəaliyyətə üstünlük verin. Özünüzü daha əmin hiss etmək üçün ətrafınızdakılara etimad göstərməyiniz gərəkdir. Amma sayıq olun. Əks təqdirdə sizi aldadacaqlar.
Kiçik təmirlə məşğul olmaq mümkündür.
Xərçəng - ev işlərini və ailə qayğılarını unutmayın. Görməli olduğunuz işlərin həcmini və sayını müəyyənləşdirin. Plan çərçivəsində hərəkət edin. Vədlərinizə əməl edin. Sözübütöv olun. Tərəfdaş və ya şəriklərdən dəstək almağa çalışın. Görüşlər, təmaslar, yazışmalar əhvalınızı yaxşılaşdıra bilər.
Günün ikinci yarısında praktiki fəaliyyətə üstünlük verin. Çalışdığınız arealı qaydaya salın. Boş vədlərə və illüziyalara aldanmayın. Praqmat olun.
Şir - etibar etdiyiniz insanlarla təmaslarla kifayətlənin. Uğurlar və problemlər seçdiyiniz yolun nə qədər doğru olduğunu göstərəcək. Almaq və nail olmaqla yanaşı paylaşmağı, güzəştə getməyi də unutmayın. Yaxınlarınızla münasibətlərdə tarazlığı bərpa edin. Hər şeyə yiyələnməyə can atmayın.
Günün ikinci yarısında yarımçıq işlər qalıbsa, yeni layihəyə başlamayın. Yaxın bildiyiniz insanla münasibətlərdəki problemi aradan qaldırın, sayıq olun. Ötənlərdə başladığınız işlərin nəticəsini görəcəksiniz. Ödəniş və ya hədiyyə olacaqsa da, əhvalınız pozula bilər. Səbrli olun. Kiçik məsələlərə görə əsəbləşməyin, evdə "üsyan" etməyin.
Qız - aktivlik tələb olunan gündür. Emosiyalar güclüdür, hisslər burulğana çevrilib. Situasiyaya nəzarət edin. Diqqət mərkəzində olacaqsınız. Yaşamınızda dəyişikliklər ola bilər. Ehtiyatlı olun, istənilən məsələ ilə bağlı irad bildirməyin. Əks təqdirdə yaxın ətrafınızdakı insanların aqressiv reaksiyası ilə qarşılaşacaqsınız.
Günün ikinci yarısında mübahisələrin münaqişəyə, ambisiyaların izharına, iradlar toqquşmasına çevrilməsinə imkan verməyin. Vəziyyətə sərvaxt baxın.
Axşam saatlarında səhhətinizə fikir verin. İstirahət edin, dəyər verdiyiniz insanlarla dincəlin.
Tərəzi - narahatlıq və nigaranlıq düzgün seçim imkanlarını azalda bilər. Münasibətlərə aydınlıq gətirməyə çalışmaq, önəmli məsələlərlə bağlı qərar vermək, alış-veriş etmək üçün əlverişli gün deyil. İşin həyatınızın yeganə məqsədi olmadığını anlayın. Sadəcə, bəzi işləri yanınızdakı insanlara həvalə edin.
Qüvvə və potensialınızı daha ciddi, önəmli məqsəd üçün qoruyaraq bəzi işləri təxirə salmaq olar.
Günün ikinci yarısında problemlərdən birinin həllini ertələyin. Perspektivlərin formalaşmasını gözləyin. Hadisələrin axarına kəskin müdaxilə etməyin.
Əqrəb - başa çatmasına az qalmış işləri ön plana çəkərək mühüm məsələləri kölgəyə salmayın. Yeni layihə və ya işə başlamaq şansının yarandığı önəmli zamandır. Gərgin fəaliyyətə, böyük səylərə, ağır fiziki əməyə, emosiyalara və komfortun müvəqqəti pozulmasına hazırlaşın.
Müəyyən hərəkətlərin vacibliyindən xəbər verən nişanları qulaqardına vurmayın.
Ən yaxşı taktika axınla hərəkət etməkdir. Lakin situasiyanın dəyişikliklər və tələblərini nəzərə alın. Çoxdan bəri həyata keçirmək istədiyiniz planın reallaşdırılmasına başlayın.
Situasiya çətin olsa da, ruhdan düşməyin. Rəğbət bəslədiyiniz insanın naqis hərəkəti ilə qarşılaşa bilərsiniz.
Oxatan - perspektivi olan ciddi işlərlə məşğul olun. Situasiyanın təfərrüatları dəyişərək çətinləşə, mürəkkəbdəşə bilər. Lakin əsas məqsəddən yayınmayaraq bütün diqqəti işlərə yönəldin.
Mühüm münasibətlərlə yanaşı, maliyyə ilə bağlı məsələləri də unutmayın. Saatlar keçdikcə yeni məqsəd və hədəflər yarana bilər.
Dəyər verdiyiniz insanları sərt tənqid etməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - əldə etdiyiniz nailiyyətlərdən başgicəllənməyə düşməyin. Durumu təhlil edin, mövqelərinizi möhkəmlətməyə çalışın.
Saatlar keçdikcə gərginlik artaracaq. Qüvvənizi qənaətlə sərf edin. İncə müvazinətə riayət edin, yanlış qərarlar qəbul etməyin. Təmkinli olun. Məqsədə doğru tələsmədən irəliləyin. Özünüzü gücə salmayın, yolu yarımçıq tərk etməyin.
Günün ikinci yarısında mürəkkəb problemi həll etmək üçün ötənlərdə əldə etdiyiniz təcrübədən yararlanın. İddialardan bəzilərini unudaraq irəliləmək olar. Bir işdə uduzsanız da, başqasında uğur qazanacaqsınız. Emosiyaların əsiri olmasanız, yeni perspektivləri görəcəksiniz.
Dolça - səhər saatlarından etibarən aktiv olun. Vurnuxmayın, tələsməyin. Başladığınız işləri düşünülmüş şəkildə başa vurun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan narazı qalsanız da, münasibətləri gərməyin. Problemlərin bəziləri öz-özünə həllini tapacaq. Müəyyən məsələ başqaları ilə müqayisədə diqqətinizi daha çox çəkəcək. Əyləncə və istirahəti təxirə salın. Şərtlər yeni yol təklif edir.
Axşam saatlarında maraqlı olay yaşana bilər.
Balıqlar - bütün diqqəti şəxsi problemlərin həllinə yönəltsəniz, mühüm məsələlər nəzərinizdən yayına bilər. Emosiyalarınızın hərəkətlərinizi idarə etməsinə imkan verməyin. Başqasının hissləri hesabına özünüzü təsdiqləməyə çalışmayın. Kimsə ilə manipulyasiya etməyin, xırdaçı olmayın.
Günün ikinci yarısında effektivliyinə tam əmin olmadığınız görüşü təxirə salmaq məsləhətdir. Səhhətinizə fikir verin. Yaşam arealını nizama salın.
Milli.Az
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."