Ramiz Mehdiyev “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncam imzalayıb

img

16-06-2020 [14:39]


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncam imzalayıb.

AMEA-dan Mia.az-a bildirilib ki, sərəncama əsasən, AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının keçirilməsi məqsədilə ixtisas, xarici dillər və Azərbaycan dili (xarici vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasının 2020-ci il iyunun 22-dən iyulun 20-dək keçirilməsi nəzərdə tutulur. Doktorluq imtahanları AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş fənn proqramlarına uyğun olaraq karantin rejiminin tələblərinə riayət edilməklə ənənəvi qaydada, zərurət olduqda isə onlayn keçiriləcək.

Həmçinin ixtisas fənni üzrə doktorluq imtahanlarını qəbul etmək məqsədilə elmi müəssisələrdə imtahan komissiyaları yaradılacaq.

İngilis dilindən doktorluq imtahanları AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarına uyğun olaraq akademik IELTS proqramı üzrə, alman və fransız dillərindən isə AMEA prezidentinin 9 oktyabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA