Tənəffüs sistemini yumurta, tam taxıl düyü, balıq və qozla qorumaq mümkündür?

img

16-06-2020 [14:46]


Tənəffüs sisteminin fəaliyyətinə yumurta, tam taxıl düyü, balıq və qoz yardımçı olur.

“Report” “La Vanguardia”ya istinadən xəbər verir ki, bunu ispaniyalı həkimlər bildiriblər.

Onların sözlərinə görə, ağciyərlərin vəziyyəti pisləşərkən onların zülala tələbatı böyüyür. A vitamini kimi, o da yumurtada olur.

Məlumata görə, içində C vitamini olan tomat, həmçinin tam taxıl süd məhsulları və su orqanizmə müsbət təsir edir.

İspaniyalı mütəxəssislərin fikrincə, düzgün qidalanmadan başqa, yuxu rejimini pozmamaq, həmçinin fiziki işlərdən qaçınmamaq gərəkir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA