ABŞ-dan gətirilən daha 217 nəfər karantinə alındı - FOTOLAR

img

11-06-2020 [10:36]


AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Bildirilib ki, milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA