Bu partiyalar hesabat verməyib - SİYAHI

img

09-06-2020 [16:53]


Dövlət qeydiyyatından keçmiş 10 siyasi partiya 2019-cu il üzrə maliyyə hesabatı təqdim etməyib.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, həmin partiyalar aşağıdakılardır:

1. Müstəqil Azərbaycan Partiyası

2. Milli Qurtuluş Partiyası

3. Azərbaycan Milli Dövlətçilik Partiyası

4. Azərbaycan Vətənpərvərlər Partiyası

5. Azərbaycan Demokratik Sahibkarlar Partiyası

6. Azərbaycan Xalq Cəbhəsi Partiyası

7. Azərbaycan Vahid Kommunist Partiyası

8. Sosial Ədalət Partiyası

9. Milli Konqres Partiyası

10. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Xatırladaq ki, bu il Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatına alınıb və dövlət qeydiyyatına alınan partiyaların sayı 57-ə çatıb. Ancaq 2019-cu ildə rəsmi olaraq qeydiyyatda olmadıqları üçün bu iki partiya 2019-cu il üzrə maliyyə hesabatı verməyəcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA