Gəncədə 22 yaşlı gənci bıçaqlayanın istintaqı başa çatıb

img

20-05-2020 [16:10]


Gəncədə adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Qənbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mia.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinıə göndərilib.

Hakim Faiq Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 2-də keçiriləcək.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin dekabr ayında Gəncə şəhəri Nəriman Nərimanov prospektində baş verib.

İttihama görə, E.Qənbərov 22 yaşlı Əli Zalovu bıçaqlayıb.

Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA